Üstü rəndəli və xəttli

Lövhələr polistirol materialından ekstruziya texnologiyası sayəsində əldə edilir. XPS daxilinə su çəkmir, nəmdən təsirlənmir və digər istilik izolyasiya materialları ilə müqayisədə əsaslı üstünlüyə malikdir. Müxtəlif sahələrdə həm praktik, həm ekonomik, həm də tətbiq zamanı istilik izolyasiya məqsədi ilə rahatlıqla istifadə edilir. Yaşayış ve qeyri yaşayış binalarda,anbar və istixanalarda, heyvandarlıq fermalarında və digər tikintilərdə geniş istifadə edilir. Ev, mənzil, bağ və digər obyektləri XPS ilə izolyasiya edərkən, elektrik enerjisinə 60%-a qədər qənaət etmiş olursunuz.

- Suya qarşı tam müqavimətli, mükəmməl və uzunmüddətli istilik izolyasiya xüsusiyyətinə malikdir
- İstilik keçirmə əmsalı digər istilik izolyasiya materialları ilə müqayisədə aşağıdır
- Qapalı məsaməli tərkibə malikdir
- Su hopma xüsusiyyəti olmadığından, uzunmüddətli və azalmayan ƛ (lambda) istilik keçirmə əmsalına malikdir
- Yüksək təzyiq və əyilmə müqavimətinə malik olduğuna görə zaman keçdikcə qalınlığı azalmır
- Tərkibinə su hopmur, donma, ərimə və ən əsas yanğına davamlıdır
- Tətbiq sahəsinə uyğun buxar diffuziya müqavimətinə malikdir
- Materiala zərər dəymədən və parçalanmadan hər növ kəsici alətlə kəsilə bilər

Ölçülər 1180 mm x 580 mm
Qalınlıq, mm 20 mm 30 mm 40 mm 50 mm
Say, ədəd 20 13 10 8
Həcm m³
0.27376 0.26691 0.27376 0.27376
Sahə m² 13.688 8.8972 6.844 5.4752
Sıxlıq, kq/m³ 32-34 32-34 32-34 32-34

THERMOPLAST - termo izolyasiya lövhələrinin üst qatı dənəvər və kanallı olub, kənarlarında düz və bir-birinə keçə bilən dişlər mövcuddur. Lövhələrin uzunluğunun sifarişdən asılı olaraq dəyişdirilməsi mümkündür.


Yüksək elastiklik moduluna malikdir

Buxar diffuziya müqavimətinə malikdir

-50°C - +75°C istilik izolyasiya müqaviməti

Suya qarşı tam müqaviməti

Г4 yanma sinfinə aiddir


"THERMOPLAST" MMC © 2020
location_on
Binəqədi r-nu, Baksol 54, Bakı, Azərbaycan
phone
+99412 409 28 18   |   +99455 888 18 18