XPS

Təsvir

XPS polisterol xammalından ekstruziya yolu ilə istehsal olunur. Tətbiq olunma yeri və məqsədinə görə ölçü və basma müqavimətində, fərqli formalı kənar və səth şəkillərində lövhə olaraq istehsal olunmaqdadır. İsti və soyuq izolyasiyası məqsədilə istifadə olunmaqdadır. İstifadə olunma temperatur intervalı -50/+75°С aralığındadır. XPS 100% qapalı məsaməli quruluşuna sahib olmaqla tərkibinə su buraxmır.
THERMOPLAST termo izolyasiya plitələrinin üst qatı kanallı və nöqtəli olur, kənarları bir-birinə keçəndir. Sifarişdən asılı olaraq, ”Thermoplast” şirkəti panellərin uzunluğunu və digər ölçülərini istehsal etməyə malikdır.

Qalereya

Ölçülər

XPS 1180/580 ölçüsü Paçka əd Paçka m² Paçka m³
2 sm 20 13,688 0,2378
3 sm 13 8,897 0,2669
4 sm 10 6,844 0,2378
5 sm 8 5,475 0,2378
THERMOPLAST XPS tikintidə geniş istifadə olunan izolyasiya materialları arasında ən aşağı istilik və soyuq keçiriciliyi əmsallarından birinə sahibdir. Ekstrüde edilmiş polistirol qranuldan hazırlanmış yüksək keyfiyyətli istilik izolyasiya materialıdır. XPS lövhələrin yüksək möhkəmliyi, sərtliyi və davamlılığı ilə seçilir. THERMOPLAST XPS – in keyfiyyət üstünlükləri binaların yeraltı hissələrini, yerdəki döşəmələri, düz çatıları, suvaq fasadlarını, maqistral yolların təməllərini, dəmir yolu bəndlərini və hava limanı pistlərini izolyasiya etmək üçün istifadə etməyə imkan verir.
XPS iş şəraitinin həddindən artıq ekstrimal olduğu yerlərdə – yüksək rütubət, yüksək yüklər, yerlə birbaşa təmasda olmaq üçün ideal bir məhsuldur. Ekoloji cəhətdən təmiz köpük texnoloqiyası ilə istehsal olunur. Beləliklə, THERMOPLAST istehsal texnoloqiyası insanlar və ətraf mühit üçün təhlükəsizdir. Effektiv tikinti həlləri. Qapalı hüceyrə və məsamə quruluşu sayəsində XPS mükəmməl istilik izolyasiya xüsusiyyətlərinə malikdir, nəmi özünə çəkmir və yüksək sıxılma gücünə malikdir. THERMOPLAST XPS – in bu xüsusiyyətlərin birləşdirilməsinin tələb olunduğu əksər tikinti konstruksiyalarında effektiv istilik izolyasiya həlli kimi istifadə edilir:

Möhkəmlik və sərtlik: THERMOPLAST XPS lövhələrin sıxlığı 32-35 kq / m3-dir.

Ətraf mühitə uyğunluq: XPS THERMOPLAST lövhələrin istehsalında, yalnız canlı orqanizmlərin tənəffüsündə iştirak edən təbii bir qaz olan karbon dioksid (CO2) istifadə olunur. XPS istehsalında, Kyoto Protokoluna (BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına əlavə) uyğun gələn və ozon təbəqəsinə zərər verməyən ekoloji cəhətdən təmiz ekstrüde polistirol köpükündən istehsal olunur, və freonlar istifadə edilmir. Beləliklə, THERMOPLAST XPS istehsal texnologiyası insanlar və ətraf mühit üçün təhlükəsizdir.

Sıfır su udma və donmaya davamlılıq: THERMOPLAST XPS – nəmə davamlıdır və nəmli şəraitdə istilik izolyasiya xüsusiyyətlərini azaltmır, buna görə də torpaq və yeraltı su ilə birbaşa təmasda işlənə bilər. Bundan əlavə, Thermoplast XPS lövhələrinin dəyişkən dondurma və əriməyə qarşı müqaviməti 500-dən çox dövrü təşkil edir. Bizim XPS yüksək möhkəmlik və şaxtaya davamlılığını təmin edir. Material tez-tez temperatur dəyişikliyinə məruz qalan inşaat strukturlarda istifadə edilə bilər.

Davamlılıq: THERMOPLAST şirkinin XPS lövhələri uzun ömürlüdür. Düzgün istifadə edildikdə, material 50 ildən çox müddət ərzində sabit fiziki və mexaniki xüsusiyyətləri, forma və ölçüləri saxlayır. Bundan əlavə, XPS materialları bioloji təsirlərə yüksək dərəcədə davamlıdır, buna görə də torpaq və bitki örtüyü ilə birbaşa təmasda olan strukturlarda istifadə edilə bilər.

Quraşdırma zamanı minimum əmək xərcləri: Həndəsi ölçülərin dəqiqliyi və XPS lövhələrinin az çəkisi xüsusi mexanizmlərdən istifadə etmədən quraşdırma zamanı maksimum əmək məhsuldarlığına nail olmağa imkan verir. XPS lövhələri ən sərfəli şəkildə, kəsici alətlərdən istifadə etməklə asanlıqla işlənə bilər. XPS lövhələrini hər cür hava şəraitində quraşdırmaq mümkündür. Əlavə olaraq, THERMOPLAST XPS lövhələrin xüsusi səthi (nöqtəli səth) yapışma gücünü artırmağa imkan verir.

THERMOPLAST XPS-nin istifadə sahələri:

  • divarların, təməllərin, birinci mərtəbələrdəki mərtəbələrin, zirzəmilərin istilik izolyasiyası;
  • bina fasadların izolyasiyası;
  • dam izolyasiyası;
  • “isti döşəmələrin” quraşdırılması;
  • istilik magistrallarının, boru kəmərlərinin, soyuducu qurğuların izolyasiyası;
  • arakəsmələrin quraşdırılması;
  • SIP və SANDWICH panellərinin istehsalı.